...

Azərbaycanın futbol yığması Belqrada yola düşüb

Cəmiyyət Materials 31 Avqust 2006 11:49 (UTC +04:00)

Azərbaycanın futbol yığması sentyabrın 2-də Avropa çempionatının Serbiyaya qarşı seçmə oynunu keçirmək üçün Belqrada yola düşüb.

Trend in xəbər verdiyi kimi, avqustun 31-də futbolçularımız Serbiya paytaxtında ilk məşqlərini keçirəcək. Bir gün sonra isə görüşün keçiriləcəyi stadionda qazonun vəziyyəti ilə tanış olacaq. Komandada demək olar ki, zədəli oyunçu yoxdur və futbolçular səfərə meydan sahiblərindən xal almaq niyyəti ilə gedib. Qeyd edək ki, inişilki təsnifatda yığma rəqib komanda ilə səfər oyununda heç-heçə (2:2) oynamış, daha sonra isə "Şəfa" stadionunda 2:1 hesabı ilə qələbə qazanmışdı.

Xatırladaq ki, "A" qrupunda, həmçinin, Portuqaliya, Finlandiya, Polşa, Belçika, Ermənistan və Qazaxıstan da Avro-2008-in final mərhələsinə iki vəsiqə uğrunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti