...

Azərbaycanın qadın qılıncoynadanları İstanbuldan medalla qayıdıb

Cəmiyyət Materials 19 Sentyabr 2006 18:51 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət qılıncoynatma komandası İstanbuldakı beynəlxalq turnirdə uğurla çıxış edərək, gümüş və bürünc medal qazanıblar.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi məlumata görə, Səbinə Əmrahzadə finalda Rumıniyadan olan rəqibinə bir xal fərqi ilə uduzaraq, uğurla çıxış edib. İlk əhəmiyyətli medalını qazanan Sevil Bünyatova isə üçüncü yeri tutub. Yarımfinalda o, komanda yoldaşı Səbinə Əmrahzadəyə məğlub olub.

Həmçinin yarışda Azərbaycanın kişi qılıncoynadanları da öz gücünü sınayıb, lakin onlar qadın komandadan xeyli zəif çıxış ediblər. İstanbuldakı çıxış isə qadın idmançılarımız üçün İtaliyadakı Dünya çempionatına hazırlıq mərhələsi oldu.

Xəbər lenti

Xəbər lenti