...

Noyabrın əvvəlində Riqada Skandinaviya və Baltik ölkələri Azərbaycan gənclərinin I forumu keçiriləcək

Cəmiyyət Materials 4 Oktyabr 2006 12:32 (UTC +04:00)

Noyabrın əvvəlində Riqada Skandinaviya və Baltik ölkələrinin Azərbaycan gənclərinin I forumu keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Latviyanın "Teleqraf" qəzeti Latviya Azərbaycanlı Gənclər Mərkəzinin sədri Amilə Səlimovaya istinadən xəbər verir .

Onun sözlərinə görə, Riqa Azərbaycan gənclərinin I forumunun keçiriləcəyi şəhər kimi seçilib. Skandinaviya və Baltik ölkələrindən nümayəndə heyətləri iki günlüyə Riqaya gələcək. Qurultayda təkcə təəssürat və təcrübə mübadiləsinin aparılması deyil, həm də beynəlmiləl biznesin açılması perspektivi ilə bağlı işgüzar əlaqələrin qurulması planlaşdırılır.

Qəzet yazır ki, Latviya azərbaycanlılarının gənc nəsli bu ölkəyə gələnlərin burada doğulmuş övladlarıdır. Onlar artıq avropalılaşıb. Ancaq onların valideynləri şəxsən və uzun müddət bazar günü məktəbinin fəaliyyət göstərdiyi "Azəri" cəmiyyəti vasitəsilə bu uşaqlara doğma dillərini və ulu babalarının adətlərini unutmağa imkan verməyib. İndi isə Azərbaycan gənclərində milli eynilik hissi möhkəmlənib və öz mədəniyyətini daha dərindən anlamaq istəyi yaranıb. Bu məqsədlə bu ilin yazında Azərbaycan Gəncləri Mərkəzi yaradılıb. Mərkəzə iqtisadiyyat və idarəetmə fakultəsinin üçüncü kurs tələbəsi Amil Səlimov rəhbərlik edir. A.Səlimov bildirib ki, həm onda, həm də yoldaşlarında onların yaşıdlarının tarixi vətənlərində və digər ölkələrdə necə yaşadıqlarını öyrənmək arzusu böyükdür.

Qeyd edək ki, Latviyada 1988-ci ildən Latviya azərbaycanlılarının "Azəri" cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin sədri Ulduzxan Əhmədovun ("Latelektrokeramika" SC-nin rəhbəri) sözlərinə görə, ölkədə rəsmən təxminən 1734 azərbaycanlı qeydiyyata alınıb. Həmvətənlər arasında qarşılıqlı əlaqələrin effektivliyi məqsədilə 2006-cı ilin yanvarında Riqada Baltik dövlətlərinin azərbaycanlılar Konqresi təsis edilib.

Xəbər lenti

Xəbər lenti