Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Fransaya yola düşüb, bu günlərdə orada bir çox tanınmış şahmatçıların iştirakı ilə böyük beynəlxalq turnir başlayacaq.
T.Rəcəbovun Trend ə verdiyi xəbərə görə, yarış iştirakçıları arasında şahmatçımızın müxtəlif yarışlarda dəfələrlə görüşdüyü Anatoli Karpov olacaq. Həmçinin orada fransız Etyen Bakro, yapon Nakamura iştirak edəcək, ona görə də Teymur nəticəyə nail olmaq üçün çox səy göstərməlidir. Yarışın reqlamentinə əsasən, iştirakçılar qruplara bölünəcək və sonra pley-offda öz bəxtlərini sınayacaqlar.
Xatırladaq ki, bu yaxınlarda T.Rəcəbov Kazanın "Ladye" komandasının tərkibində Avstriyada keçirilən Olimpiya çempionları kubokunda gümüş mükafat qazanıb.