...

Azərbaycanın sambo komandası dünya çempionatında çıxışa başlayır

Cəmiyyət Materials 3 Noyabr 2006 16:37 (UTC +04:00)

Azərbaycanın sambo yığması noyabrın 3-də Sofiyada başlayacaq Avropa çempionatında iştirak edəcək.

Komandanın baş məşqçisi Mübariz İbrahimov Trend ə bildirib ki, Bolqarıstan paytaxtında tatami üzərinə Avropa çempionatı mükafatçıları Elçin Mailov (57 kq), İslam Qasımov (52 kq), o cümlədən Elməddin Əhmədov (74 kq), Nadir Məmmədli (82 kq), Ruslan Rüstəmov (90 kq), Zaur Bağırov (100 kq) və Kənan Əsgərov (+100 kq) çıxacaq. Məşqçinin sözlərinə görə, bir sıra çəki dərəcəsində onun yetirmələri medal uğrunda mübarizə aparmaq və yarışın mükafatçıları sırasına daxil olmaq iqtidarındadır. M.İbarhimov yüksək yer uğrunda samboçularımızın əsas rəqiblərinin Rusiya, Gürcüstan, Ukrayna, Belarusdan olan titullu samboçuların və xalça sahiblərinin olacağı qənaətindədir.

Xəbər lenti

Xəbər lenti