...

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov kompüterə qarşı oynayacaq

Cəmiyyət Materials 30 Noyabr 2006 15:44 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dekabrın 3-də Florensiyada keçirilən "Bəşəriyyətin intellektual inkişafı" beynəlxalq sərgi-simpozium çərçivəsində kompüterə qarşı oyun keçirəcək.

İdmançının Trend ə verdiyi xəbərə görə, onun rəqibi şahmat proqramının quraşdırıldığı, öz analoqları arasında dünya çempionu olan çox güclü Deep Junior 10 olacaq. Planlaşdırılır ki, Teymur kompüterlə bir oyun keçirəcək və onu işdə sınayacaq. "Görüş təşkilatçıları iyirmi yaşdan böyük olmayan oyunçular arasında reytinqdə birinci yeri tutan şahmatçı kimi öz seçimlərini mənim üzərimdə saxlayıblar. Təbii ki, mən bu dəvətdən çox şad oldum və məmnuniyyətlə öz razılığımı verdim", - deyə T.Rəcəbov qeyd edib.

Xəbər lenti

Xəbər lenti