...

Yaxın 1-2 gün ərzində Azərbaycan Nazirlər Kabineti Yeni illə əlaqədar istirahət günlərini elan edəcək

Cəmiyyət Materials 19 Dekabr 2006 11:44 (UTC +04:00)

Yaxın 1-2 gün ərzində Azərbaycan Nazirlər Kabineti Yeni il və Qurban bayramı ilə əlaqədar istirahət günlərini elan edəcək. Bu barədə Trend ə hökumətdən məlumat veriblər. Hökumət bu göstərişi Azərbaycan Respublikası Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr barədə Qanunu təsdiqləmiş dövlət başçısından alıb.

Ölkə parlamentinə təqdim edilən yeni qanuna əsasən bundan sonra Azərbaycanda bayram günləri aşağıdakılar müəyyən olunub: Yeni il bayramı (yanvarın 1 və 2-si); Qadınlar günü (martın 8-i); Faşizm üzərində qələbə günü (mayın 9-u); Respublika günü (mayın 28-i); Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i); Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); Dövlət müstəqilliyi günü (oktyabrın 18-i); Konstitusiya günü (noyabrın 12-si); Milli Dirçəliş günü (noyabrın 17-si); Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i); Novruz bayramı - beş gün; Qurban bayramı - iki gün; Ramazan bayramı - iki gün.

Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.

Xəbər lenti

Xəbər lenti