...

Teleradio Şurasının sədri: "Türkiyənin TRT kanalının nümyəndəsi qərarlarımızı anlayışla qarşıladı"

Cəmiyyət Materials 27 Dekabr 2006 18:26 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Türkiyənin TRT kanalının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Əbdülhəmid Avşarla görüş keçirib. Bu barədə Trend ə Nuşirəvan Məhərrəmli məlumat verib.

N.Məhərrəmlinin sözlərinə görə, görüşdə TRT nümayəndəsinə Teleradio Şurasının qərarları barədə məlumat verilib, bu kanalın Azərbaycanda yayımlanması üçün müvafiq sənədlərin hüquqi cəhətdən təzələnməsi, qaydaqa salınması tövsiyə olunub: "Qarşı tərəf bunu anlayışla qarşıladı. Hesab edirəm ki, bütün işlər yoluna qoyulacaq. Sabahkı iclasda çıxaracağımız qərar hamının ürəyincə olacaq. Ümumiyyətlə, TRT-nin Azərbaycanda yayımı davam etdiriləcək və gələn ildən ona lisenziya veriləcək. Sadəcə olaraq yayım hüquqi cəhətdən qanunauyğun şəkildə tənzimlənəcək"-deyə Şura sədri bildirib.

Onun sözlərinə görə, Türkiyənin STV kanalının Bakı nümayəndələyi ilə də danışılıb və onlara Şuranın qərarları barədə məlumat verilib: "Bu kanallar bizim qərarlarımızla razılaşmalıdırlar və etiraz edilə bilməz. Rusiyanın Azərbaycanda yayımlanan kanalları ilə bağlı da eyni qərarımız olacaq".

Xəbər lenti

Xəbər lenti