...

Səhiyyə naziri Bərdə rayonunda tikilən Uşaq xəstəxanasının açılışında oldu

Cəmiyyət Materials 27 Dekabr 2006 19:06 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev Gəncə səfərini başa vurduqdaqn sonra Bərdə rayonunda tikintisi başa çatan Uşaq xəstəxanasının açılışında iştirak etdi. Trend in bölgə müxbiri xəbər verir ki, Bərdə rayonunda 1992-cü ildə tikintisi başlayan uşaq xəstəxanasında 1993-cü ildə inşa işləri dayandırılıb və məcburi köçkünlər məskunlaşıb. Regionların sosial-iqtisadi inkişafı proqramı əsasında 2006-cı ildə xəstəxanada məskunlaşmış köçkünlər Ağdam rayon ərazisində yeni salınmış qəsəbəyə köçürülüb. Uşaq xəstəxanasının yenidən inşasına başlanıb.

Tikintini 8 aya başa vuran "Fərid İnşaat" firması xəstəxananın tikintisinə 2 mlrd 700 mln vəsait ayrılıb (köhnə manat). Xəstəxana 60 çarpayılıqdır, geniş müayinə imkanlarına malikdir. Reanimasiya, cərrahiyə və kardioqrafiya şöbələrindən ibarətdir. Xəstəxanada həmçinin 400 kVt-lıq elektrik yarımstansiyası, ayrıca istilikxana, su stansiyası var. Səhiyə naziri Oqtay Şirəliyev görülən işlərdən razılığını bildirib və qeyd edib ki, gələn il rayon ərazisində fəaliyyət göstərən digər xəstəxanalar da Avropa standartlarına uyğun təmir ediləcək və yeni xəstəxanalar tikiləcək.

Xəbər lenti

Xəbər lenti