...

Gənclərin yaş həddi 35-dən 30 endiriləcək

Cəmiyyət Materials 9 Fevral 2007 16:27 (UTC +04:00)

Gənclər və İdman Nazirliyinin "Gənclər haqqında" qanuna təklif etdiyi əlavə və dəyişikliklərə əsasən bundan sonra yaşı 16-dan 35 gədər olan şəxslər deyil, 30-a gədər olan şəxslər gənc hesab olunacaqlar. Trendin məlumatına görə, bu barədə Milli Məclisin Sosial siyasət daimi komissiyasının iclasında deputat Əkrəm Abdullayev bildirib.

O qeyd edib ki, əgər təklif olunan dəyişiklər qəbul edilərsə, gənclik yaşı 35-dən 30 endiriləcək. "Amma bu heç də bir mənalı qarşılanmır. "Gənclik haqqında" qanun müzakirə olunan zaman gənc sayılan şəxslərin yaş müddətinin müəyinləşdirilməsi ciddi müzakirələrə səbəb olmuşdu",-deyə deputat vurğulayıb.

Ə.Abdullayev qeyd edib ki, gənclərin ictimai birliklərin yaradılması ilə bağlı təklif olunan dəyişiklik də aydın deyil. Burada ictimai birliklər fondlar və hərəkatlar kimi göstərilir: "Bu hərəkatın nə olduğuna aydınlıq gətirilməlidir".

Millət vəkili vurğulayıb ki, bununla yanaşı nazirliyin təklif etdiyi bir sıra dəyişikliklər var ki, onların qəbul olunması vacibdir. Bu əlavə və dəyişikliklər gənc ailələrin müdafiəsinə yönəldib.

Xəbər lenti

Xəbər lenti