...

Nazir müavini: Gürcüstanda Azərbaycan məktəbləri direktorlarının işdən çıxarılması tədbirləri hamıya tətbiq olunur

Cəmiyyət Materials 10 Mart 2007 12:11 (UTC +04:00)
Nazir müavini: Gürcüstanda Azərbaycan məktəbləri direktorlarının işdən çıxarılması tədbirləri hamıya tətbiq olunur

Azərbaycan,Bakı/ müxbir Trend A.İsmayılova/Gürcüstan xarici işlər nazirinin müavini Georgi Mancqaladze Trend ə bildirib ki, Gürcüstanda Azərbaycan məktəb direktorlarının işdən çıxarlması tədbirlərinin ölkənin azərbaycanlılar yaşayan hissəsində həyata keçirilməsi hər hansı bir şəxsi fakt deyil. O, qeyd edib ki, Gürcüstanın Təhsil Nazirliyi orta məktəblərin bütün müəllimlərinin attestasiyasını keçirib. Attestasiyadan keçməyənlər arasında bu və ya digər səbəbələrdən testləri verə bilməyən gürcü məktəblərinin də direktorları var.

Gürcü məktəbləri direktorlarının attestasiyası yalnız azərbaycanlıların deyil, həmçinin digər milli azlıqların da narahatçılığina səbəb olub. Gürcüstan məktəblərinin bütün direktorları bilik və təşkilatçılıq bacarığı üzrə imtahanla yanaşı, gürcü dili üzrə də testdən keçməli idi. Lakin gürcü dilinin kifayət qədər bilinməməsi səbəbindən testdən Azərbaycan məktəblərinə nisbətən daha az namizəd keçib. Nəticədə testdən keçməmiş məktəb və direktorlara azərbaycanlılar başçılıq etmir. Digər tərəfdən Azərbaycan məktəblərinin direktorları üçün həmçinin Azərbaycan dilini bilmək də vacibdir.

Nazir müavini qeyd edib ki, gürcü dilinin tədrisi üçün həm Gürcüstanın şəxsi resursları, həmçinin ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq hesabına işlər aparılır.

Xəbər lenti

Xəbər lenti