Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev vətəndaşlıq hüququ verilmiş legionerlər arasında seçim aparmaq niyyətindədir. Rəhbərin Trend ə verdiyi məlumata görə, xaricilərin komandaya çağırışı o demək deyil ki , bu oyunçular Avropa çempionatının qarşıdakı seçmə oyunlarında Polşa və Finlandiyaya qarşı iştirak edəcəklər. "Onlar yığmada ibtidai şagirdlər kimi namizədlər sayılırlar və Çimkənddə keçirilən Alma TV Kubakunda iştiraka getmək onların gücünü yoxlamaq üçün ən gözəl imkan oldu. Mən indi seçim etməliyəm və əvvəlcədən deyim ki , bu, asan olmayacaq",- deyə o qeyd edib.
Qeyd edək ki , Qazaxıstanda yarışın astanansında rəhbər komandaya yeni oyunçular cəlb edib, bunlar nigeriyalı müdafiəçi Usima Nduku, braziliyalı Markus Fereyr və Serbiyadan Branimir Subaşiçdir.