...

Azərbaycanın sabiq səhiyyə nazirinin məhkəməsi mülki cavabdehlərin ifadəsi ilə davam edib

Cəmiyyət Materials 13 Mart 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Martın 13-də Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsi mülki cavabdehlərin ifadələri ilə davam edib. Mülki cavabdeh qismində dindirilən vətəndaş Elçin Əliyev ifadəsində göstərib ki, Səhiyyə Nazirliyi əczaçılıq və tibb şöbəsinin əməkdaşı, hazırda Ə.İnsanovla bərabər mühakimə olunan Hacı Əliyevə rüşvət qismində 1 500 ABŞ dolları verib. Məqsədi sahibi olduğu aptekə lisenziya almağ olub.

Sonra mülki cavabdehlər qismində Tünzalə Rzayevə və İsmayıl İsmayılov ifadə veriblər. Hər iki şəxs məhkəmənin nəzərinə çatdırıb ki, hazırda mühakimə olunan Eldar Rzayevə ötən il apteklərə lisenziya almaq üçün müxtəlif məbləğlərdə rüşvət veriblər.

Məhkəmə iclası mülki cavabdehlərin və şahidlərin ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti