...

Azərbaycanın Mətbuat Şurasına 300-dən çox müraciət daxil olub

Cəmiyyət Materials 14 Aprel 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu ilin ilk rübü ərzində Azərbaycan Mətbuat Şurasına 300-dən çox müraciət daxil olub. Bu barədə Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, Şuraya hər gün üç-dörd yazılı şikayət, dörd-beş şifahi müraciətlər edilir. Müraciətlərin böyük əksəriyyəti şikayət xarakterlidir. Şikayətçilər əsasən jurnalistlərin, mətbu orqanların peşə davranışı qaydalarını pozmasından, "reketçilik" fəaliyyəti ilə məşğul olmasından narazılıq edirlər.

Müraciətlərin qalan hissəsi isə Mətbuat Şurasının səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə aid olmayan məsələlərlə bağlı olur.

Bəzi müraciətlərdə isə jurnalistlər özlərinin mənzil-məişət problemləri ilə bağlı məsələ qaldırırlar, həmçinin mükafatlarla təltif olunmalarını istəyirlər.

Mətbu orqanların məhkəmələrə verilməsi ilə əlaqədar müraciətlər də gəlir və Şuranın nümayəndələri həmin məhkəmə iclaslarında iştirak edir. Eyni zamanda kütləvi aksiyalarda, piketlərdə jurnalistlərin təhlükəsizliyinin, peşə fəaliyyətini yerinə yetirməsinin təmin olunmasına nəzarət etmək üçün Şuranın əməkdaşları orada iştirak edir, monitorinq aparırlar.

Xəbər lenti

Xəbər lenti