...

ATAF-ın Berlin şöbəsi yaradılıb

Cəmiyyət Materials 27 Aprel 2007 16:19 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburqda yaradılmış ilk şöbəsinin ardından Almaniyanın Berlin şəhərində yeni bir şöbə yaradılıb.

Berlində təhsil alan bir qrup tələbənin təşəbbüsü ilə şöbənin yaradılmasında məqsəd Almaniyanın müxtəlif şəhərlərində gələcəkdə təşkil olunacaq forumları koordinasiya etmək, Almaniya rəsmiləriylə tələbələr arasında görüşlər keçirmək, Azərbaycanı Almaniya ictimaiyyətinə daha yaxından tanıtmaq və s.-dir.

ATAF-ın baş katibi Vüsal Məmmədovun fikrincə, bu lokal şöbələrin sayının artması azərbaycanlı gənclərin Avropa ölkələrindəki fəaliyyətini da canlandıracaq.

Azərbaycanda ictimai internet şəbəkələrinin yaradıcılarından (Alumni Network) biri olan Emin Milli isə ATAF-ın yaradılması ideyalarının ictimai internet şəbəkələrində müzakirə olunduğunu bildirərək bu təşkilatın getdikcə güclü struktura çevrilməsini məhz ictimai internet şəbəkələrinin uğuru sayır.

ATAF Berlin şöbəsinin təsisçilərindən Emin İlyas da artıq indidən gələcək layihələr üzərində çalışmağa başladıqlarını bildirərək yaxın günlərdə ilk tədbirlərini keçirəcəklərini söyləyib.

Xəbər lenti

Xəbər lenti