...

AFFA "transfer pəncərəsi"nin tarixini müəyyənləşdirib

Cəmiyyət Materials 5 May 2007 14:29 (UTC +04:00)

Azerbaydjan, Baku /korr. Trend Z.Səfərov/ Azərbaycan, Bakı/ AFFA qarşıdakı mövsümarası "transfer pəncərəsi"nin tarixini müəyyənləşdirib. Assosiasiyadan Trend ə verilən məlumata görə, iyunun 1-dən "transfer pəncərəsi" açılacaq və bu tarixdən etibarən komandalar özlərini gücləndirə bilərlər. Bununla yanaşı, bəzi komandalar Avrokubokda çıxışı nəzərə alaraq mövsüm hazırlıqlarına daha tez başlayacaqlar. AFFA-ya ərizələrin təqdim olunması sentyabrın 1-nə qədər davam edəcək. Bununla yanaşı, milli birinciliyin ikinci dairəsi sona çatdıqdan sonra komandaların qış fasiləsi dövründə də öz heyətlərini komplektləşdirmək imkanı olacaq.

Qeyd edək ki, sxem xüsusi dəyişikliklərə məruz qalmayıb və bir neçə ildir ki, müvəffəqiyyətlə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti