...

Azərbaycanın işğal olunan əraziləri azad olunandan sonra ətraf mühitə dəyən ziyanla bağlı iddia qaldırılacaq

Cəmiyyət Materials 7 May 2007 12:01 (UTC +04:00)
Azərbaycanın işğal olunan əraziləri azad olunandan sonra ətraf mühitə dəyən ziyanla bağlı iddia qaldırılacaq

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bazar ertəsi bəyan edib ki, Azərbaycanın işğal olunan əraziləri azad olunandan sonra ətraf mühitə dəyən ziyan, o cümlədən qızıl yataqlarından qanunsuz istismarla bağlı audit aparılacaq və məhkəmə iddiaları qaldırılacaq.

Nazirin sözlərinə görə, Azərbaycanın işğal olunan Kəlbəcər rayonunun "Söyüdlü" yatağında qızıl istismarını aparan Kanadanın "First Dynasti Mines" ("FDM") şirkəti daxili ziddiyyətlərinə görə fəaliyyətini dayandırıb. Bağırov bildirib ki, buna baxmayaraq, Ermənistan tərəfi qızıl yataqlarında istismar işlərinin aparılması üçün ABŞ, Kanada, İngiltərənin şirkətlərini dəvət edib.

Kanadanın "First Dynasti Mines" ("FDM") şirkəti ötən ilə qədər Dağlıq Qarabağ bölgəsində qızılçıxarma sahəsinə 22,1 milyon dollar məbləğində sərmayə yatırıb. Hazırda Ermənistan hökuməti işğal etdiyi Azərbaycana aid ərazilərdə qızılçıxarma sahəsinə yeni sərmayələrin yatırılması məqsədilə Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici banklarla danışıqlar aparır. "FDM" şirkəti bütövlükdə, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılan geoloji-kəşfiyyat işlərinə 4 milyon dollar məbləğində sərmayə yatırıb. Kəlbəcərin "Söyüdlü" qızıl yatağından 30 tondan artıq qızıl hasil edib.

Azərbaycan ərazisində qızıl yataqlarının istismarı üçün bütün hüquqları Kanadanın "R.V. İnvestmen" şirkətinə verib.

Xəbər lenti

Xəbər lenti