...

Avropa Məhkəməsinin hakimləri Azərbaycanın bölgələrindəki məhkəmələrin fəaliyyəti ilə tanış olublar

Cəmiyyət Materials 7 May 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Avropa İnsan Haqları Məhkəməsinin hakimləri Eqbert Meyer və Xanlar Hacıyev hakimlər və prokurorlar üçün mühazirələr keçiblər. Məhkəmə-Hüquq Şurasından bazar ertəsi bildirilib ki, Avropa Məhkəməsinin hakimləri Avropa Məhkəməsinin yeni presedentləri barədə məlumat verib, Konvensiyanın müddəalarının və presedent hüququnun tətbiqi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Meyer Ədliyyə Nazirliyinin Tədris Mərkəzində hakimliyə namizədlərlə görüşüb, mühazirə ilə çıxış edib, təmsil etdiyi məhkəmənin iş təcrübəsindən danışıb.

Meyer və Hacıyev Azərbaycanın bölgələrinə səfər edərək yerli məhkəmələrin fəaliyyəti ilə tanış olub, hakimlərlə, prokurorluq və ədliyyə işçilərilə görüşüblər.

Xəbər lenti

Xəbər lenti