...

İslam ölkələri təhsil nazirlərinin növbəti konfransı Bakıda keçiriləcək

Cəmiyyət Materials 11 May 2007 17:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/İslam ölkələri təhsil nazirlərinin IV konfransı bu il Bakıda keçiriləcək. Bu barədə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Konfransda müsəlman dövlətlərində təhsil sahəsində ən önəmli məsələlərin və onların həlli yollarının müzakirəsi planlaşdırılır. Konfransın məqsədi müsəlman ölkələrində elm və texnologiyaların inkişafının müzakirəsi, bu sahədə yüksək səviyyəli kadrların hazırlanmasıdır.

Konfransda bir sıra müsəlman ölkələrinin elm və təhsil nazirləri, İslam Konfransı Təşkilatı və təhsil təşkilatlarının, ISESKO-nun islam ölkələrinin elm və mədəniyyət sahəsinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir. Konfransın payızda keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti