...

Dünya Azərbaycanlıları Konqresinin sədri: "DAK-ın 9-cu qurultayının vaxtı və yeri dəyişdirildi"

Cəmiyyət Materials 12 May 2007 11:17 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin sədri: "DAK-ın 9-cu qurultayının vaxtı və yeri dəyişdirildi"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) doqquzuncu qurultayının vaxtı və yeri növbəti dəfə yenə dəyişdirildi. Bu barədə şənbə günü DAK-ın sədri Cavad Derəxti məlumat verib.

Derəxti qeyd edib ki, DAK-in doqquzuncu qurultayinin may 28-də - Azərbaycanın ilk müstəqillik bayramında İstanbulda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bu ərəfədə Türkiyədə prezident seçkilərinin keçirilməsi nəzərə alınaraq qurultayın vaxtı 14 -15 iyula təyin olunub.

"Təəssüf ki, Türkiyədəki cümhurbaşqanı seckisi baş tutmadı və qardaş ölkədə siyasi böhran yarandı. Bunun ardınca Böyük Millət Məclisi erkən seçim qərarı verdi. Beləliklə, DAK-ın doquzuncu qurultayının belə bir şəraitdə Türkiyədə keçirilməsi DAK Sədr Aparatının 11 mayda keçirilən iclasında məqsədəuyğun hesab edilmədi. Nəhayət, DAK Sədr Aparatı uzun müzakirələrdən sonra 9-cu qurultayın 14 və 15 iyulda Köln şəhərində "Köln-Riehl City-Hoset"də keçirilməsi qərara alındı"-deyə DAK sədri məlumat verib.

Xatırladaq ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb. Təşkilat əsasən Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti