...

Gəncədə təhsil alan türkiyəli tələbələrinin sayı 3-4 dəfə arta bilər

Cəmiyyət Materials 18 May 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir V.Məmmədov/ Gəncədə türk tələbələrinin yaşaması üçün şərait yaxşı olarsa, burada təhsil alanların sayı 3-4 dəfə arta bilər. Bu barədə Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı fövqəlada və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu cümə günü açıqlama verib.

Gəncə Dövlət Universitetində türk tələbələrlə görüşü zamanı səfir bildirib ki, Azərbaycanda ümumilikdə 4000-ə yaxın türkiyəli tələbə təhsil alır. Onlardan 30 nəfəri Gəncənin ali məktəblərində biliklərə yiyələnirlər. Gəncə Dövlət Universitetində türk tələbələrlə görüşü zamanı səfir bildirib ki, Azərbaycanda ümumilikdə 4000-ə yaxın türkiyəli tələbə təhsil alır. Onlardan 30 nəfəri Gəncənin ali məktəblərində biliklərə yiyələnirlər.

"Azərbaycanda təhsil alan tələbələrimiz üçün yaxşı imkanlar var. Belə ki, onlar burada ali məktəblərdə rus və ingilis dillərini mənimsəyir, budan əlavə, baha olmayan qiymətə xüsusi kurslara da gedə bilərlər. Əgər onlar Türkiyədə oxusaydılar, belə imkana sahib ola bilməzdilər. İş baxımından da onlar üçün imkanlar açılacaq. Təhsillərini başa vurduqdan sonra bu tələbələr üçün şirkətlərdə iş yerləri tapılacaq"- deyə səfir bildirib.

Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov növbəti tədris ilində türk tələbələrin yataqxana problemlərinin həll olunacağını diqqətə çatdırıb. Belə ki, ali məktəbin qızlar yataqxanasının dördüncü mərtəbəsi türk tələbələrinə veriləcək. Bundan başqa, onlar üçün ingilis və rus dillərinin öyrənilməsi məqsədilə tədris saatları ayrılacaq, xüsusi kurslar təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti