...

Ədliyyə Nazirliyinin rəsmiləri sabiq səhiyyə nazirinin stasionar müalicəyə ehtiyacı olmadığını deyir

Cəmiyyət Materials 11 İyun 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə naziri Əli İnsanovun stasionar müalicəyə ehtiyacı yoxdur. Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev bazar ertəsi Trend ə açıqlamasında bildirib ki, sabiq nazir həkimlər tərəfindən müayinə olunub, təkrar həkim baxışından keçirilib. Lakin onun səhhəti ilə bağlı ciddi problem qeydə alınmayıb. Bu səbəbdən də İnsanovun Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülməsinə zərurət olmayıb. Mehdiyevin sözlərinə görə, İnsanovun onurğasında "yırtıq" var. Lakin idarə rəisi İnsanovun səhhətinin ağırlaşması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti