...

Bəstəkar Rühəngiz Qasımova: "Azərbaycan musiqisi yaşayır"

Cəmiyyət Materials 21 İyun 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Son vaxtlar Bəstəkarlar İttifaqı çərçivəsində keçirilən konsertlərdən çox danışılır. Bu barədə öz fikirlərini "TrendLife"la tanınmış Azərbaycan bəstəkarı Rühəngiz Qasımova bölüşdü: "Konsertdə səslənən əsərlərə mənim təmiz subyektiv fikrim var. Bizim bəstəkarlar bir daha sübut etdilər ki, onlar öz işlərini yaxşı bilirlər. Mən mahnı bəstəkarı, həm musiqi müəllifi kimi həmişə bir şeyin tərəfdarı olmuşam. Mahnı tez yadda qalsın və oxunsun. Hansı mahnı ki, oxunmur, mənim yanımdan keçir. Digər tərəfdən mən sevinirəm ki, bizim musiqilərimiz ölməyib. İndi bizdə Firəngiz Əlizadənin, Cavanşir Quliyevin, Xəyyam Mirzəzadənin musiqiləri tələb olunur. Məsələn, Avstriyada "Arşın mal alan" əsərini qoyublar. Azərbaycan musiqisi ilə bütün dünya maraqlanır. Bizim musiqi yaşayır və inkişaf edir".

Xəbər lenti

Xəbər lenti