...

Qrossmeyster Şəhriyar Məmmədyarov: Mən həmişə qələbə üçün oynayıram

Cəmiyyət Materials 25 İyun 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ "Mən həmişə qələbə üçün oynayıram, amma bu həmişə alınmır",-deyə hazırda Dortmundda superturnirdə iştirak edən Şəhriyar Məmmədyarov bəyan edib.

chesspro.com saytına istinadən Trend xəbər verir ki, şahmatçı Almaniyada yüksək yer qazanmaq üçün şansının olacağına ümidini bildirib. Üstəlik gənclər arasında ikiqat dünya çempionu yarışa iki il öncə burda çempion olan ev sahibi Arkadi Naydiçi udmaqla başlayıb. Sonra isə Məmmədyarov rusiyalı Yevgeni Alekseyevə məğlub olub və hazırda turnir cədvəlində üçüncü yeri tutur.

Qeyd etmək lazımdır ki, Dortmundda Vladimr Kramnik, Vişvanatan Anand, Peter Leko və digər məşhur qrossmeysterlər iştirak edir.

Xəbər lenti

Xəbər lenti