...

Keçmiş iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 27 İyun 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndiridən digər 17 şəxsin məhkəməsi zərəçəkənlərin ifadələri ilə davam etdi.

Məhkəmədə 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdimrmə paylarının mənimsənilməsi epizodu üzrə 40 zərərçəkən dindirilib. Onlar Şəki, Bərdə, Kəlbəcər, Şəmkir və Tərtərdən olan zərərçəkənlərdir. Əsasən Çernobıl və Qarabağ əlilləri, eləcə də onların ailə üzvləri məhkəmə ifadələrində bildirdilər ki, 2004-cü ilin avqust-noyabr aylarında onlara özəlləşdirmə payları əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərəçəkmişlər özlərini təhqir olunmuş hesab etdiklərindən pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev tərəfindən mənimsənildiyi göstərən özəlləşdirmə paylarını tələb ediblər.

Xəbər lenti

Xəbər lenti