Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığması təlim-məşq toplanışı üçün Masallıya yollanıb.
Federasiyadan verilən məlumata görə, Tahir Zamanın yetirmələri məşqləri iyulun 5-dək davam etdirəcək, sonra isə Bakıya qayıdacaqlar. O da istisna olunmur ki, gələn ayın ortalarında komandamız Litvaya yollanacaq və burada yerli yığma ilə bir neçə görüş keçirəcək. Lakin hələlik planın real konturları yoxdur və bu məsələ yaxın günlərdə həll olunmalıdır.
Qısa müddət ərzində hokkeyçilərimiz iki mötəbər yarışda iştirak ediblər. Öncə "Atasport" Çempionlar Kubokunda iştirak edib və burada dördüncü yeri tutub. Sonra isə yığma "Atasport Challenge" reytinq yarışında qüvvəsini sınayab və sonuncu yerlə kifayətlənməli olub.