• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Azərbaycanın xalq artisti Amalya Pənahova: "Telekanallarda tamaşalar axşam saatlarında göstərilməlidir"

12 İyul 2007 16:47 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 12 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Azərbaycanın xalq artisti, görkəmli aktrisa, Bakı Bələdiyyə teatrının direktoru-bədii rəhbəri Amalya Pənahova. Onun haqqında danışmaq mənə böyük qürur hissi verir. O, doğurdan da teatr incəsənətinin canlı əfsanəsidir. Mənim bu xanımla söhbətim çox şirin keçdi. Söhbəti TrendLife nəzərinizə çatdırır.

- Sizin teatr bu yaxınlarda cənub bölgələrində qastrol səfərlərində olub. Deyirlər ki, paytaxtda teatra maraq azalıb. Bəs rayonlarda vəziyyət necədir?

- Başqa teatrlarda bilmirəm necədir, ancaq Bələdiyyə teatrında istər Bakıda olsun, istərsə də rayonlarda həmişə anşlaqlar olur. Əgər teatr öz tamaşalarını təbliğ, reklam edirsə, tamaşaçı bir teatrda oturduqdan sonra o biri səfərlər isə özləri qapının önünü kəsdirir.

- Deməli, Azərbaycanda teatr incəsənəti heç vaxt ölməyəcək?

- Azərbaycan teatrına xalqın sevgisi o deməkdir ki, teatr incəsənəti daim yaşayacaq.

- Hazırda Azərbaycanda elə teatrlar var ki, 500-600 yox, 2-3 min tamaşaçı yığsın?

- Biz elə dövrdə yaşayırıq ki, hər şey reklamdan asılıdır. Əla aktyor, əla quruluş olsa belə. 1989-cu ildə təhsil naziri bizə məktəblilərə bilet paylamağı qadağan etmişdi. Bu qərar bu il ləğv edildi. Bəs insanlarda teatra məhəbbəti başqa necə aşılamaq olar? Əgər məktəb vaxtından uşaqlara teatrı sevdirməsən, institut vaxtı bunu heç edə bilməyəcəksən. Gənc nəsil hansı təbdirlərə istəyirsən gedirlər, teatrlardan başqa.

- Bu yaxınlarda məhşur bəstəkarlardan bir söylədi ki, indi vəzifədə olan bəstəkarların mahnıları ifa olunur. Bu sözləri teatra şamil etmək olar?

- Başqa teatrların yerinə danışa bilmərəm. Ancaq 15 illik fəaliyyətimizdə biz belə bir şeylə rastlaşmamışıq. Bəzi şəhər başçıları neçə dəfə mənə deyiblər ki, biz çox istərdik sizin teatrı öz səhnəmizdə görək. Nə etmək olar. Onlara yüksək vəzifədə olan dramaturqlar "lazımlı" tamaşaları "yeridirdilər".

- Yaşlı və orta nəsil akytorları unudulmaz şəxsiyyət kimi hər kəsin yadında qalıb. Gənc nəsil isə hələ də susur. Necə düşünürsüz, teatrda elə bir aktyor və yaxud aktrisa varmı ki, illər keçdikdən sonra adları sizin adınızla birlkdə çəkilsin?

- Bu, çox çətin sualdır. Artist olmaq istəyən hər bir kəs əməksevər olmalıdır. Arada olur ki, görürsən, bu insanda hər bir şey cəmlənib. Həm xarici gözəllik, səs, istedad, səhnə cazibəliyi, ümumiyyətlə, hər şey. Bu sadaladıqlarım olsa belə, işsevər olmasan, əsl artistdən söz gedə bilməz. Məhz buna görə də indi səhnədə parlayan, birinci olan insan bilmək olmaz ki, 5-10 ildən sonra belə seviləcək, ya yox. Azərbaycanda 60-70-ci illərdə görün nə qədər istedadlı artistlər olub. Üzdə olanlan 5-6 nəfərdir. Qalanları ya sənətlərini dəyişib, ya da ümumiyyətlə, onlara tələbat azalıb.

- Məsələn, tanınmış aktyor Telman Adıgözəlova və ya Arif Quliyevə necə tələbat olmaya bilər?

- Mən Telman üçün deyə bilmərəm. Onun üçün həmişə rol var. Sadəcə onun öz janrı var. Ona "Otello" rolunu vermək olmaz. Arif Quliyevə gəldikdə isə, bir neçə teatr dəyişə-dəyişə itdi. Akyor var istiqamətləndirən və istiqamətləndirilən. Arif Quliyev məhz ikinciyə aiddir. Onu düz istiqamətləndirmək lazımdır. Bu o vaxt oldu ki, Arif öz sənətini, klounadoya çevirdi.

- Bəzi həmkarlarınız "Maşın" kimi müxtəlif realiti-şoularda iştirak edirlər. Sizin buna münasibətiniz?

- Düzünü desəm, burda belə bir qəbahət görmürəm. Sadəcə sonuncu "Maşın"da müxtəlif təbəqəli insanlar iştirak edirdilər, məhz buna görə də layihə uğursuz alınmışdı. Bəzi aktyorlar öz emosiyalarını saxlaya bilmirdilər.

- Bu şeylərə rəğmən, biz heç olmasa sevdiyimiz artistləri belə şoularda görə bilirik. Televiziya tamaşaları rədd edir. Amma sovet dövründə, demək olar ki, hər həftə sevdiyimiz artistləri, teletamaşaları görürdük.

- İndi artıq bu problem də həll olunub. Bizim tamaşaları müntəzəm olaraq İctimai Televiziya göstərir. AzTV də bizim tamaşalara lazımi qədər vaxt ayırır. Sadəcə onlar vaxtı düzgün seçmirlər. Gündüz verdikləri üçün bəzi adamlar işdə olur. Əgər tamaşaları axşam vaxtı göstərsələr, onda teatr incəsənəti daha çox təbliğ olunardı.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper
Kateqoriyasında olan digər xəbərlər
"Russian Times" komandasının pilotu: Bakıda olan trassa başqa ölkələrdə rast gəlmək mümkün deyil
Cəmiyyət 02:13
Səhiyyə Nazirliyindən qızılca ilə bağlı maraqlı AÇIQLAMA (ÖZƏL)
Cəmiyyət 24 Aprel 22:05
AMEA-nın alimləri Avropada elmi tədqiqat apara biləcəklər
Cəmiyyət 24 Aprel 20:23
Ramiz Mehdiyev: İndiyədək yol verilmiş nöqsanların Fuad Muradovun rəhbərliyi ilə aradan qaldırılacağına ümid edirəm (FOTO)
Cəmiyyət 24 Aprel 19:36
İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib (FOTO)
Cəmiyyət 24 Aprel 19:15
ADU Türk Universitetlər Birliyinə üzv olub
Cəmiyyət 24 Aprel 18:40
Hüseyn Cavid prospektində hərəkət məhdudlaşdırılır
Cəmiyyət 24 Aprel 17:45
Vəkil: Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürüldü
Cəmiyyət 24 Aprel 17:17
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri kollektivə təqdim olunub
Cəmiyyət 24 Aprel 16:53
Xarkov Milli Texniki Universitetinin nümayəndə heyəti BDU-da (FOTO)
Cəmiyyət 24 Aprel 16:15
Səbaildə akademik Zərifə Əliyevanın xatirəsi anılıb (FOTO)
Cəmiyyət 24 Aprel 15:38
23 yaşlı "Olaylar"
Cəmiyyət 24 Aprel 14:58
Azərbaycan gimnastı "AGF Junior Trophy"də topla hərəkətlərdə gümüş medal qazanıb
Cəmiyyət 24 Aprel 13:22
Sabahın hava proqnozu: duman, çiskin...
Cəmiyyət 24 Aprel 12:57
Elmin İnkişafı Fondu ilə “Elsevier” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Cəmiyyət 24 Aprel 12:16
Peyvəndsiz uşaqların xaricə aparılması təhlükəli ola bilər
Cəmiyyət 24 Aprel 11:47
Binəqədidə akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci il dönümünə həsr olunmuş aksiya keçirilib (FOTO)
Cəmiyyət 24 Aprel 11:39
Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı
Cəmiyyət 24 Aprel 09:56
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter