...

Azərbaycan hokkeyçiləri Litvaya yarışa yollanacaqlar

Cəmiyyət Materials 14 İyul 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığması Vilnüsə getməyi planlaşdırır, yığma burada lisenziya xarakteri daşıyacaq və Maniçesterdə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində iyulun 19-25-də sınaq görüşləri keçirəcək.

Trend agentliyinin verdiyi məlumata görə, fiziki şəraiti yaxşılaşdırmaq məqsədilə Masallıda keçiriləcək məşqlərdən sonra yığmanın məşqçi heyəti Tahir Zamanov başda olmaqla yoldaşlıq görüşlərində hokkeyçiləri yoxlamaq qərarına gəlib. Bu səbəbədən də yığma Vilnüsdə meydan sahiblərilə, həmçinin Belarusiyadan olan rəqiblərlə oynayacaq.

Bakıda keçirilən turnirdə sonuncu yeri tutduqdan sonra Zamanov heyətdə yerdəyişmə etmək və yeni oyunçuları sınaqdan keçirmək niyyətindədir. Qeyd edək ki, Litvaya səfər həmçinin gələn il Bakıda keçiriləcək lisenziya turnirinə hazırlıq mərhələsidir.

Xəbər lenti

Xəbər lenti