...

Bərdədə intihar faktı qeydə alınıb

Cəmiyyət Materials 3 Avqust 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda intihar faktı qeydə alınıb. Trend in bölgə müxbirinin sözlərinə görə, rayonun Meşəçilik İnstitutunda müvəqqəti məskunlaşan Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədov Vasif Cəfər oğlu cümə axşamı saat 20:45 radələrində Bərdə-Bakı istiqamətində hərəkət edən Tərtərçayın üzərində yerləşən dəmir yolu körpüsünün altından özünü asıb. İntihar edənin valideynlərinin sözlərinə görə, onunla evdə münaqişə və hər hansı problem olmayıb. Bərdə Rayon Prokurorluğunun müstəntiqi Elman Nəcəfovun sözlərinə görə, faktla əlaqədar araşdırma aparılır.

Bərdə paytaxt Bakıdan 320 kilometr cənub-qərbdə yerləşir,

Xəbər lenti

Xəbər lenti