• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Ötən ay diffamasiya adı altında mətbuata qarşı daha 9 iddia qaldırılıb

13 Avqust 2007 16:06 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ötən ay diffamasiyaya dair 30-dan artıq məhkəmə iclası keçirilib. Media Hüquq İnstitutunun bazar ertəsi yaydığı hesabatda qeyd olunur ki, iyulda diffamasiya adı altında daha 9 iddia qaldırılıb, qəzetlərdən iri məbləğdə cərimə istənilib, beş jurnalistin həbsi tələb olunub. Həmin iddialardan ikisinə - "Səs" və "Alternativ" qəzetlərinə qarşı xüsusi ittiham qaydasında qaldırılan şikayət barışıqla başa çatıb. "Müxalifət", "Kriminal aləm" və "Mühakimə" qəzetlərinin hər birinin 50 min, jurnalistlər İlqar Vəliyevdən 30 min, Rövşən Kəbirlidən 20 min manat ödənc istəyən İctimai Televiziyanın bölgə əməkdaşı Əminə Rəhimovanın iddiası icraata götürülüb.

Dövlət Yol Polisi İdarəsinin məsul əməkdaşının iddiası əsasında "Azadlıq" qəzetinə, Ucar Rayon İstehlak Cəmiyyəti sədrinin iddiası əsasında "Bakı Xəbər" qəzetinə kəsilmiş cərimələri yuxarı məhkəmə instansiyaları dəyişməkdən imtina edib.

Hesabatda vurğulanır ki, "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadəni 2 il 6 ay müddətinə həbsə məhkum edən hökmdən verilən apellyasiya şikayəti üzrə qətnamə çıxarılması ay boyunca təxirə salınıb.

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı daha ağır rəsmi ittihamlar irəli sürülüb, onun təsis etdiyi qəzetlərin keçmiş əməkdaşları Milli Təhlükəsizlik Nazirliyində dindirilib.

İyul ayında Azərbaycanın məhkəmə hakimiyyətinin qabaqcıl təcrübələri tətbiq etməsi baxımından diqqətəlayiq qərar qəbul etdiyi də vurğulanır. Belə ki, söz azadlığının qorunması sahəsində Avropa Məhkəməsi standartlarının Azərbaycanda tətbiqi yolunda ilk addımlardan biri atılıb. Yasamal Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev qarayaxma ilə bağlı xüsusi ittiham qaydasında "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini tələb edən məmurun şikayətinə baxarkən Avropa Məhkəməsinin "Torgersen İslandiyaya qarşı" işi üzrə qərarına istinad etməklə "ifadə azadlığı təkcə neytral, zərərsiz, yaxud xeyirxahlıqla qəbul olunmuş məlumat və fikirləri deyil, həmçinin təhqir edən, şoka salan və narahatlıq yaradan məlumatları əhatə edir" deyərək şikayəti rədd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
İş yerlərində bu qaydalara əməl edilməlidir - Agentlik
Cəmiyyət 23:00
Bakıda yol qəzası - Aeroport yolunda sıxlıq yaranıb (FOTO)
Cəmiyyət 20:49
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər baş verə bilər
Cəmiyyət 12:15
Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb
Cəmiyyət 08:00
Kinoloji Mərkəz xidməti itlərin sayını artıracaq (FOTO)
Cəmiyyət 7 Dekabr 23:35
Mingəçevir Dövlət Universitetində respublika elmi konfransı keçirilib (FOTO)
Cəmiyyət 7 Dekabr 22:02
Xəbər lenti
İş yerlərində bu qaydalara əməl edilməlidir - Agentlik
Cəmiyyət 23:00
Müsavat mühacir alveri ilə bağlı yaratdığı komissiyada qoyunu qurda tapşırıb - Yafəz Əkrəmoğlu
Gündəm 22:31
Lənkəranda zəlzələ olub
Hadisə 22:07
Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Dünya xəbərləri 21:36
Bakıda yol qəzası - Aeroport yolunda sıxlıq yaranıb (FOTO)
Cəmiyyət 20:49
Tokioda növbəti yeniyetmə gimnastımız qızıl medal qazanıb (FOTO)
İdman 20:40
İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb
Dünya xəbərləri 20:15
Hava şəraiti ilə bağlı yollarda sürət həddi endirilib
Gündəm 19:43
Bakıda mənzildə kişi meyit aşkarlanıb
Hadisə 19:36
Ən çox oxunanlar
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək - DGK sədri (FOTO)
Qətlə yetirilən FHN əməkdaşının atası: Oğlumu öldürən şəxsin biri məsuliyyətdən yayınıb
Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN
Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib
Nəzər nöqtəsi
650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

650 mindən çox ağac əkilməsi ilə "Müstəqil Azərbaycan" adlı kitaba daha bir tarix yazıldı (KÖŞƏ)

Almaniyada "mühacir alveri" işinә görә hәbsdәn vә ifadә vermәkdәn yayınmaq üçün özünü dәliliyә vuranlar var - Yafəz Əkrəmoğlu
Deputat: 650 min ağac əkilməsi təşəbbüsü xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri