...

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 15 Avqust 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Cavadova/ Çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi mülki cavabdehlərin və şahidlərin dindirilməsi ilə davam edib.

Günün birinci yarısı ümumilikdə 9 nəfər dindirilib. Şahidlərdən Rövşən Qənbərov, Murad Darçınov, Şəfiqə Əliyeva, Nərqiz Məmmədova, Xuraman Əlizadə və diqərləri dövlət əmlakının mənimsənilməsi epizodları üzrə ifadə veriblər. Şahidlər Bakı şəhərindəki çoxsaylı obyektlərin F.Əliyevin yaxın qohumlarının adına qanunsuz yolla özəlləşdirilməsini təsdiqləyiblər. Sonra hakim bildirib ki, bir müddət əvvəl R.Əliyevin vəsatəti əsasında bir sıra dövlət qurumlarına sorğular göndərilib və həmin qurumlardan biri sorğunu cavablandırıb. Lakin hakim həmin sorğuya cavabın mahiyyəti barədə məlumat verməyib və bildirib ki, cavab məktubuna sənədlərin araşdırılması mərhələsində qiymət veriləcək. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti