...

Azərbaycanda "transfer pəncərəsi" bağlanır

Cəmiyyət Materials 30 Avqust 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın futbol klubları transfer bazarında öz fəaliyyətlərini aktivləşdiriblər. "Transfer pəncərəsi" avqustun 31-də bağlanılacaq.

AFFA-nın yarışların təşkili departamentinin rəhbəri Məlik Həsənovun Trend ə bildirdiyinə görə, "transfer pəncərəsi"nin uzadılmasına görə komandalarda yeni futbolçular artmaqdadır. "Bu müddətin bitməsinə cəmi bir gün qalıb. Hazırda biz transferlərin qeydiyyatı ilə məşğuluq. Bir sıra komandalar bu məsələdə xüsusi fəallıq göstərirlər. Onların arasında "Bakı" və "İnter" klubları var. Lakin hələlik keçidlərin ümumi sayı barədə danışmaq tezdir. Bunu "transfer pəncərəsi" bağlanılandan sonra söyləmək mümkün olacaq" - deyə Həsənov vurğulayıb.

Keçidlər dövrünün avqustun 31-dək uzadılması aparıcı Avropa çempionatlarındakı təcrübəyə əsaslanır.

Xəbər lenti

Xəbər lenti