...

Xatirənin anası Nüşabə Kamal, qızına böhtan atıldığını deyir

Cəmiyyət Materials 7 Sentyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr/ "TrendLife" , müxbir Fəridə Məhərrəmqızı/ Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində müğənni Rəqsanənin anası və bacısının qadın alverində günahlandırılaraq cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatlar yayılıb. Dünən isə ölkə mətbuatı daha bir müğənni - Xatirə İslamın adını qadın alverində hallandırıb. Yayılan məlumatda müğənninin istintaq orqanlarına çağırıldığı da qeyd olunub.

"TrendLife" məsələ ilə bağlı Xatirə İslamla əlaqə saxlamaq istəsə də, müğənni Azərbaycandan kənarda olduğundan onunla danışmaq mümkün olmayıb. Bununla belə, Xatirənin anası Nüşabə Kamalla danışıb, onun bu məsələyə münasibətini öyrənə bildik. "Bunlar hamısı şayiələrdən başqa bir şey deyil. Xatirə hal-hazırda Türkiyədə qastrol səfərindədir. Bir-iki günə qayıdıb özü onun barəsində dedi-qodu yayanlarla haqq-hesab çəkəcək. Bildiyimizə görə bu şayiələr müxalifətyönlü mətbuatda dərc olunub.Xatirə özü iqtidaryönlüdür. Müxalifətçi deyil. Həmişə dövlət tədbirlərində iştirak edir. Bu şayiələri çıxardanları axtarıb tapıb prezident İlham Əliyevə, Avropa Şurasına müraciət edəcəm. Hansı Xatirənin adına söz çıxardırlar, o Xatirənin ki, Azərbaycan bayrağını bütün dünyada tanıdır. Qızıma böhtan atanları sakit buraxmaq fikrində deyiləm, çünki bu şayiələrlə ailəmizə mənəvi zərbə vurulub".

Onu da qeyd edək ki, səhər "Yeni Müsavat" qəzeti informasiyanı təkzib edib.

Xəbər lenti

Xəbər lenti