...

Türkiyə Futbol Federasiyasının yeni prezidenti seçilib

İdman Materials 27 Fevral 2012 15:57 (UTC +04:00)
Bazar ertəsi Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti seçilib.
Türkiyə Futbol Federasiyasının yeni prezidenti seçilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir A.Tağıyeva/

Bazar ertəsi Türkiyə Futbol Federasiyasının (TFF) yeni prezidenti seçilib. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Federasiyanın rəhbəri Yıldırım Demirören olub. O, bu postda bir az əvvəl TFF prezidenti vəzifəsindən istefa verən Mehmet Əli Aydınları əvəz edib.

TFF-də istefalar yanvarın 26-da keçirilən Federasiya rəhbərliyinin iclasından sonra başlayıb. İclasda aparıcı klubların, o cümlədən "Fənərbağça", "Beşikdaş" və "Tranzonspor"un adlarının hallandığı razılaşdırılmış oyunlarla bağlı qalmaqallarla əlaqədar Türkiyə futbolundakı vəziyyət müzakirə edilib. İclasda razılaşdırılmış oyunlarda iştirak edən komandaların Türkiyə Supür Liqasından kənarlaşdırılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti