...

Qubada yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib (FOTO)

İdman Materials 6 Aprel 2012 17:26 (UTC +04:00)
Quba Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib.
Qubada yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Quba Olimpiya İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib. Bu barədə cümə günü Trend-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış iştirakçıları ilə görüşən federasiya prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2012-ci ilin respublikamızda "İdman ili" elan olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı sərəncamın ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu deyib.

Dövlət başçısının idmana davamlı dəstəyi sayəsində əksəriyyəti bölgələrdə olmaqla yaradılan Olimpiya İdman Komplekslərinin sayının ilbəil artdığı qeyd olunub. Bildirilib ki, ölkəmizdə olimpiya hərəkatı daim genişlənir, idmançılarımız, həmçinin cüdoçularımız beynəlxalq turnirlərdə möhtəşəm qələbələrə imza atır.

Respublikamızda idmana, o cümlədən cüdoya maraq hissi günbəgün artır, gənclər arasında cüdo populyar idman növünə çevrilir. Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə səyləri nəticəsində bölgələrdə cüdonun inkişafı üçün müvafiq maddi-texniki bazaların potensialı artırılıb.

Quba rayonunda yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyinin keçirilməsi də cüdo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması məqsədini daşıyır.

Qeyd edək ki, hazırda ölkənin 19 şəhər və rayonu üzrə cüdo idman növünə 25 nəfər məşqçi və 802 nəfər yeniyetmə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti