...

"Neftçi" təlim məşq toplanışını Türkiyə və Avstraliyada keçirəcək

İdman Materials 11 İyun 2012 20:10 (UTC +04:00)
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Neftçi" futbol klubu təlim məşq toplanışının ilkin mərhələsini keçmək üçün sabah Türkiyəyə yola düşəcək.
"Neftçi" təlim məşq toplanışını Türkiyə və Avstraliyada keçirəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Neftçi" futbol klubu təlim məşq toplanışının ilkin mərhələsini keçmək üçün sabah Türkiyəyə yola düşəcək.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, Bolu şəhərində məskunlaşacaq komandanın ilk hazırlıq mərhələsi iyun ayının 27-də yekunlaşacaq.

Hazırlıq dönəmində "Neftçi" 2-3 yoxlama matçında qüvvəsini sınayacaq. 3 günlük fasilədən sonra isə "Neftçi" Avstriyaya yollanacaq. Adıçəkilən ölkədə komanda hazırlığın ikinci mərhələsini keçirəcək.

Xəbər lenti

Xəbər lenti