...

"Araz"ın rəqibləri müəyyənləşib

İdman Materials 4 İyul 2012 18:41 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
"Araz"ın rəqibləri müəyyənləşib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, mübarizəyə əsas mərhələdə başlayacaq təmsilçimiz "Araz", püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.

"Araz"ın rəqibləri Niderlandın "Eyndhoven", Macarıstanın "Györ" klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq komanda olacaq.

İlkin mərhələnin C qrupunda "EID Futsal" (İrlandiya), "Allstars W.N." (Avstriya), "TÜFAD Ankara" (Türkiyə) və "Minerva Futsal Bern" (İsveçrə) komandaları mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti