...

Azərbaycan futbolunda böyük irəliləyişlər var – İsrail baş məşqçisi

İdman Materials 8 Sentyabr 2012 00:42 (UTC +04:00)
Azərbaycan futbolunda böyük irəliləyişlər var. Trend-in məlumatına görə, bunu cümə günü DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla keçirilən oyundan sonra İsrail millisinin baş məşqçisi Eli Qutman bildirib.
Azərbaycan futbolunda böyük irəliləyişlər var – İsrail baş məşqçisi

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/


Azərbaycan futbolunda böyük irəliləyişlər var. Trend-in məlumatına görə, bunu cümə günü DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla keçirilən oyundan sonra İsrail millisinin baş məşqçisi Eli Qutman bildirib.

"Biz Bakıya qələbə üçün gəlmişdik, lakin bu baş tutmadı", - baş məşqçi deyib.

Onun sözlərinə görə, Azərbaycanın yığma komandası yaxşı təsir bağışlayır və gələcək oyunlarda da müvəffəqiyyət əldə edə bilər.

Qutman bugünki oyunda Azərbaycan millisinin heyətində sonradan oyuna qoşulan Əfran İsmayılovu xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti