...

"Xəzər Lənkəran" vacib qələbə qazandı

İdman Materials 3 Oktyabr 2012 20:26 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib.
"Xəzər Lənkəran" vacib qələbə qazandı

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə Bakının "AZAL" klubu "Xəzər Lənkəran"ı qəbul edib.

Lənkəranlılar fasiləyə matçın son dəqiqələrində Manuel Skarlatakenin dubla imza atması ilə üstün yollanıblar. Fasilədən sonra qol qeydə alınmadığından, oyun elə bu hesabla da başa çatıb (0:2).

Bu qələbədən sonra "Xəzər Lənkəran" 8 xalla 6-cı pilləyə yüksəlib.

Çempionatda ilk məğlubiyyətini alan Vaqif Sadıqovun yetirmələri isə 7 oyundan 12 xalla 2-ci pillədədirlər.

Qeyd edək ki, Premyer Liqada VIII turun digər görüşləri sabah keçiriləcək.

Xəbər lenti

Xəbər lenti