...

İnter bu gün çox layiqli rəqiblə qarşılaşdı - Andrea Stramaççioni

İdman Materials 5 Oktyabr 2012 00:26 (UTC +04:00)
İnter bu gün çox layiqli rəqiblə qarşılaşdı.
İnter bu gün çox layiqli rəqiblə qarşılaşdı -  Andrea Stramaççioni

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

İnter bu gün çox layiqli rəqiblə qarşılaşdı. Trend-in məlumatına görə, bunu cümə axşamı mətbuat konfransında İtaliyanın "İnter" futbol klubunun baş məşqçisi Andrea Stramaççioni UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi" ilə Bakıda keçirilən görüşdən sonra jurnalistlərə deyib.

"Biz bu gün çox layiqli rəqiblə qarşılaşdıq, lakin İnter güclü idi və öz qələbəsini qazandı", - baş məşqçi deyib.

Onun sözlərinə görə, İnter ilk yarıda yaxşı futbol nümayiş etdirdi və bunun hesabına da qələbə qazandı.

"Neftçi"nin Rusiyanın "Rubin" klubu ilə keçirəcəyi növbəti görüşə şərh verən Stramaççioni qeyd edib ki, "Rubin" daha güclüdür, daha çox təcrübəsi var, Çempionlar Liqasında iştirak edib. "Lakin əminəm ki, Kazanda keçiriləcək həmin oyunda maraqlı mübarizənin şahidi olacağıq", - İnterin baş məşqçisi deyib.

Oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev isə bildirib ki, iki rəqib arasında olan səviyyə fərqi hesabda özünü göstərdi. "Biz bu gün Avropa nəhəglərindən biri ilə oynadıq", - o deyib.

Hacıyev qeyd edib ki, oyunun ikinci hissəsində "Neftçi" həm oyun baxımından, həm psixoloji cəhətdən daha yaxşı təsir bağışladı.

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun oyunları keçirilib. Bakının "Neftçi" klubu Avroliqada ilk ev oyununda İtaliyanın "İnter" klubunu qəbul edib. İlk turda səfərdə "Partizan"la görüşdən 1 xalla ayrılan "Neftçi" Milan təmsilçisinə 1:3 hesabı ilə məğlub olub.

Qrupun digər matçında "Rubin" (Kazan, Rusiya) öz meydanında Serbiyanın "Partizan" klubunu sınağa çəkib. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Kazan təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub.

Xəbər lenti

Xəbər lenti