...

Azərbaycanın qadın boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

İdman Materials 8 Dekabr 2012 13:37 (UTC +04:00)
Boks üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanda bu ölkənin seçməsi ilə birgə təlim-məşq toplanışını başa vurub.
Azərbaycanın qadın boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Boks üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanda bu ölkənin seçməsi ilə birgə təlim-məşq toplanışını başa vurub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, baş məşqçi Şamil Məmmədbəyovun rəhbərliyi altında hazırlıq prossesində Ceyran Dadaşova (48 kq), Əzizə Abbasova, Anaxanım Ağayeva (hər ikisi 51 kq), Yelena Vıstropova (69 kq), Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (91+kq) iştirak ediblər.

Komandamız dekabrın 9-dan 16-dək Qazaxıstanda 10 ölkənin idmançılarının iştirak edəcəyi beynəlxalq turnirdə mübarizə aparacaq. Yarışda Rusiya, Çin kimi qadın boksunda böyük uğurlara nail olmuş ölkələrin dəri əlcək ustaları da güclərini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti