...

Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

İdman Materials 14 Dekabr 2012 20:19 (UTC +04:00)
Rusiyanın Kalininqrad şəhərində 19-22 yaşlılar arasında boks üzrə Avropa çempionatı davam edir.
Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Rusiyanın Kalininqrad şəhərində 19-22 yaşlılar arasında boks üzrə Avropa çempionatı davam edir.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, bu gün boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev ikinci döyüşünü keçirib. Avropa çempionatının bürünc mükafatçısı Belarus təmsilçisi Aleksey Qaletiç üzərində çətin qələbə qazanıb - 20:19. Bu qələbədən sonra yarımfinala vəsiqə qazanan Hacəliyev ən azı bürünc medalı özünə təmin edib. Onun finala gedən yolda rəqibi Rusiya nümayəndəsi Avak Uzlyan olacaq.

Bu gün boksçularımızdan Salman Əlizadə (52 kq) də rinqə çıxacaq. Avropa çempionumuz fransalı Eli Konki ilə üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti