...

Bakıda beynəlxalq velosiped turunun sonuncu mərhələsinə start verilib (FOTO)

İdman Materials 5 May 2013 11:31 (UTC +04:00)
Mayın 5-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsinə start verilib.
Bakıda beynəlxalq velosiped turunun sonuncu mərhələsinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Mayın 5-də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsinə start verilib.

Trend-in məlumatına görə, yarış Azadlıq meydanından start götürüb.

Startdan əvvəl maraqlı veloşou göstərilib.

5-ci mərhələ paytaxtın mərkəzi küçələri - Azadlıq meydanı, Neftçilər prospekti, Azneft meydanı, Parlament prospekti, Hüseyn Cavid prospekti, Bakıxanov küçəsi, Səməd Vurğun küçəsi, Füzuli küçəsi, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Puşkin küçəsi marşrutu üzrə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaq.

Qeyd edək ki, Tour d'Azerbaidjan - UCI Europe Tour çərçivəsində 2.2. kateqoriyası üzrə velosiped yarışıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti