Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Tanrıverdiyev/
Londonun "Çelsi" klubunun sahibi Roman Abramoviç və Madridin "Real" klubunun hazırkı baş məşqçisi Joze Mourinyo arasında danışıqlar dalana dirənib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Britaniyanın "Times" nəşri məlumat yayıb.
Məsələ burasındadır ki, İngiltərə klubu 2016-cı ildə başa çatacaq müqavilənin vaxtından əvvəl pozulmasına görə "Real" klubuna 25 milyon funt sterlinq həcmində kompensasiya ödəməlidir. "Çelsi" rəhbərliyi isə bu miqdarda məbləği ödəməyə hazır deyil.
Daha əvvəl KİV-də portuqaliyalı mütəxəssisin "Çelsi" ilə razılıq əldə etməsi barədə məlumatlar yayılmışdı.