Azərbaycan, Bakı, 14 may /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunun növbəti oyunları keçirilib.
Trend-in məlumatına görə, "Qəbələ"nin qonağı olan "Neftçi" ardıcıl 3-cü, ümumilikdə 8-ci çempionluğunu bayram edib.
Belə ki, 13-cü dəqiqədə Rəşad Sadiqov "neftçilər"i hesabda önə çıxarıb. 31-ci dəqiqədə "Qəbələ"nin futbolçusu "Neftçi"nin qapısına təyin edilən penalti zərbəsindən yararlana bilməyib. Lakin Yannik Kamanan 72-ci dəqiqədə bakılıların qapısına yol tapa bilib (1:1).
Bu hesab "Neftçi"yə əvvəlcədən çempionluğunu elan etməyə imkan verib.
Digər görüşlər isə belə başa çatıb:
"Rəvan" - AZAL - 3:5
"Qarabağ" - "Bakı" - 3:1
"Simurq" - "İnter" - 1:0