...

Mourinyo: Ronaldo "Real"da qalacaq

İdman Materials 22 İyul 2013 17:38 (UTC +04:00)
İngiltərənin "Çelsi" futbol komandasının yeni baş məşqçisi Joze Mourinyo əmindir ki, Kriştiano Ronaldo Madrid "Real"ını yaxın vaxtlarda tərk etməyəcək.
Mourinyo: Ronaldo "Real"da qalacaq

Azərbaycan, Bakı, 22 iyul /Trend/

İngiltərənin "Çelsi" futbol komandasının yeni baş məşqçisi Joze Mourinyo əmindir ki, Kriştiano Ronaldo Madrid "Real"ını yaxın vaxtlarda tərk etməyəcək.

Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata görə, Mourinyo deyib ki, Ronaldonun "Mançester Yunayted"ə mümkün keçidi ilə bağlı söz-söhbətin əsası yoxdur.

Portuqaliyalı mütəxəssisin sözlərinə görə, "Real" kifayət qədər zəngin klubdur və buna görə də Ronaldonu satmağa ehtiyacı yoxdur: "Kral klubu" Ronaldoya görə digər komandalardan daha artıq məbləğ təklif etmək iqtidarındadır. Bilirəm ki, Ronaldo "Mançester Yunayted" və İngiltərə çempionatını sevir. Lakin zənnimcə, o, Madriddə qalacaq. Mən bu barədə Ronaldo ilə danışmamışam, bunlar yalnız mənim düşündüklərimdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti