...

Cüdo millimiz Dünya Çempionatında qızıl medal qazandı

İdman Materials 1 Sentyabr 2013 15:55 (UTC +04:00)
Rio de Janeyroda cüdo üzrə Dünya Çempionatında 100 kq çəkidə hamıdan güclü cüdoçumuz Elxan Məmmədov oldu.
Cüdo millimiz Dünya Çempionatında qızıl medal qazandı

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Rio de Janeyroda cüdo üzrə Dünya Çempionatında 100 kq çəkidə hamıdan güclü cüdoçumuz Elxan Məmmədov oldu.

Trend-in məlumatında görə, yarımfinalda Özbəkistan təmsilçisi Kurbanov Soyibi məğlub edən Elxan finalda Hollandiya təmsilçisi Groll Henklə qarşılaşaraq ona da qalib gəldi.

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Dünya Çempionatında 123 ölkədən 680 cüdoçu güclərini sınayır.

Çempionatın ilk günü 60 kq çəkidə yarışan Orxan Səfərov dünya üçüncüsü kimi çempionatı başa vurdu. Beləliklə milli yığma komandamız qələbələri ilə hazırda Dünya Çempionatında komanda hesabında 6-cı pillədədir.

Xəbər lenti

Xəbər lenti