...

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

İdman Materials 1 Fevral 2014 01:33 (UTC +04:00)
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Trend-in məlumatına görə, millimiz Antverpen şəhərindəki "Lotto Arena" idman kompleksində Sloveniya yığması ilə qarşılaşıb.

Gərgin keçən matçda komandamız son saniyələrdə vurduğu qolla qələbə qazanıb - 7:6. Sloveniya yığmasının qapısına qolları Amadeu, Rafael (2), Vitali Borisov, Auqusto, Felipe və Edu vurub.

Qeyd edək ki, Azərbaycan futzalçıları fevralın 2-də italiyalı rəqibləri ilə qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti