...

Azərbaycanın iki qadın boksçusu Avropa çempionatında mübarizəni dayandırıb

İdman Materials 4 İyun 2014 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qadınlar arasında boks üzrə Avropa çempionatında daha 2 idmançımız mübarizəni dayandırıb.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Məhsəti Həmzəyeva bolqarıstanlı Svetlana Stanevaya uduzub.

81 kq çəki dərəcəsində gücünü sınayan Aynur Rzayeva isə Macarıstan təmsilçisi Petra Szatmari ilə görüşdən məğlub ayrılıb - 0:3.

Boksçularımızdan 3-ü Avropa çempionatında mübarizəni davam etdirir. Anaxanım Ağayeva bu gün 1/4 final mərhələsində fransalı Vassila Lxadiri ilə qarşılaşacaq. Yelena Vıstropova (69 kq) və Leyla Cavadova isə (75 kq) iyunun 6-da keçiriləcək yarımfinalda rinqə çıxacaqlar. Vıstropova rumıniyalı Mikaela Kristiana, Cavadova isə almaniyalı Sarah Şeuriçlə üz-üzə gələcək.

Qitə çempionatına iyunun 7-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti