...

"Kobra" ləqəbli idmançımız İtaliyada nokautla qalib gəldi (FOTO)

İdman Materials 4 May 2015 18:04 (UTC +04:00)
İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli döyüş - “Kunlun Fight Series” turnirinin döyüşləri keçirilib.
"Kobra" ləqəbli idmançımız İtaliyada nokautla qalib gəldi (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

İtaliyanın Verona şəhərində kikboksinq üzrə reytinq xarakterli döyüş - "Kunlun Fight Series" turnirinin döyüşləri keçirilib.

Trend-in məlumatına görə, turnirdə "Qəbələ" İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu Pərviz Abdullayev ölkəmizi təmsil edib. İdmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə üz-üzə gəlib və 2 dəqiqəyə rəqibinə nokautla qalib gəlib. Kikboks üzrə beş qat dünya çempiyonu, "Kobra" ləqəbli azərbaycanlı döyüşçü P.Abdullayev keçirdiyi 41 doyüşündə 38-ci dəfə qalib gəlməklə artıq 13-cü dəfə rəqibini nokautla məğlub etdi.

Xatırladaq ki, bu turnirdə "Kobra" erməni idmançı ilə qarşılaşacaqdı, lakin rəqib idmançı turnirdə iştirak etməkdən qorxaraq imtina edib.

Qeyd edək ki, "12 May Cobra" peşəkar kikboks klubunun sədri Haci Sebuhi Receb və idmançının şəxsi məşqçisi Mehman Umudov P.Abdullayevi dəstəkləmək üçün İtaliyada olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti